"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakıda “izmit Parkı” olacaq

--2017-12-13 / 19:59

Türkiyəli qonaqlar Nəsimi bələdiyyəsində olublar

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının izmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi bələdiyyəsində olublar.

Nümayəndə heyətini qəbul edən Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov qonaqları salamlayaraq, onlara bələdiyyənin fəaliyyəti barədə ətraflı məlumat verib.

N.Qaraxanov bələdiyyənin bir çox ilklərə imza atdığını və  həyata keçirdikləri layihələrin icrasında daim Nəsimi RiH-in dəstəyini gördüklərini dilə gətirib. Vergilərin onlayn ödənişin tətbiqi və bu layihənin digər bələdiyyələr tərəfindən tətbiq edilməsi, o cümlədən bələdiyyə qulluqçularının sosial-məişət məsələrinin həlli müsbət qarşılanmaqla təcrübəsi yayılmaqdadır.

Türkiyənin izmit bələdiyyəsiylə qardaşlıq əlaqələrinin qurulması bələdiyyənin son üş il ərzində həyata keçirdikləri ciddi layihələrdən hesab etmək olar.

Hazırda Nəsimi RiH təşəbbüsü ilə rayonun Hüseyn Seyidzadə küçəsində izmit Dostluq parkının salınmasıyla bağlı aparılan layihələndirmə işləri başa çatmaqdadır.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının başçısı və Heydər əliyev Mədəniyyət Mərkəzinin rəhbəri Bilal Dündar səfər çərçivəsində keçirdikləri görüşlərdən məmnunluq keçirdiklərini qeyd edərək, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün daha geniş səpgidə layihələrin icrasına start verilməsinə maraqlı olduqlarını dilə gətirib.

Bakıda “izmit Parkı”nın salınması və bununla bağlı layihələndirmə işlərinin başa çatdırılması nümayəndə heyətinin hər bir üzvünün ürəyincə olmuşdur.

Natiq çıxışına davam edərək Ulu Öndər Heydər əliyevin Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin qurulmasındakı əvəzsiz xidmətlərini xüsusi qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrin bundan sonrada davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti parkın salınacağı ünvanda olaraq öz təkliflərini veriblər.

Belediyye.info

ŞƏRHLƏR